Articles

AR Olsun!

In XNews, Yazılar on Yanvar 9, 2010 by Araz Önər Etiketlənmiş: ,

Müqəddimə

Bəli, qardaşlar və bacılar, Məhərrəmin 24-cü günündə Ermənistanin Azərbaycana qarşı təcavüzü davam edir. Bu Ermənistan çox manyak ölkədi, adam adama bu qədər dayanmadan təcavüz eləməz. Əvvəllər ANS “Azərbaycanla Ermənistan arasında elan olunmamış müharibə davam edir” deyərdi. Sonradan isə hadisələri dramatikləşdirib Ermənistanı təcavüzkar, Azərbaycanı isə təcavüzə məruz qalan adlandırmağa başladılar. ADNAkı 30 aprel hadisəsi günü isə Nisə Qasımovayla birlikdə bütün dünyaya Sarı Gəlinin Azərbaycan mahnısı olduğunu dünyaya sübut etməyə çalışırdılar ki, mənfur düşmənlərimiz – Fərda Qədirov və dostları buna imkan vermədi. Həmin gün ANS bütün ölənlərin siyahısını öz saytında dərc etmişdi. Siyahıda hardasa 25 nəfər var idi. Sonradan necə oldusa ölənlərin yarısı dirildi. ANS-in timsalında bütün kanallarımız belə dürüst, qərəzsiz və vicdanlıdırlar.

Hadisə

Sözüm onda deyil… Ataların bir misalı var. Deyirlərki, asqıranın qabağında öskürməsən, deyərlər ki yeyib içən oğlan yaman olmaz. Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyi Bənəniyar hadisələr haqqında bəyanat yayıb. İlk növbədə, bu münasibətlə NMR-nın Bakıdakı nümayəndiliyin bütün işçilərini təbrik edirəm. Zənnimcə, bütün fəaliyyətləri boyunca ilk bəyanatlarını verdilər. Əslində bu nümayəndəliyin əsas missiyası, Neft Pullarının bərabər bölüşdürülməsi strategiyasında yaxından iştirak etməkdir.

Keçək əsas məsələyə. Naxçıvanda – Vasif xandan xəbərsiz bir milçəyin belə uça bilmədiyi bu muxtar respublikada sən demə AXCP-nin silahlı dəstələri fəaliyyət göstərirmiş. Hər gecə gizlincə kəndə girib, camaatı lüt soyundurub bütün Naxçıvan boyunca qaçırdırlarmış. Vasif xan da buna heç nə edə bilmirmiş. Bölgədən informasiyanın çıxmasında problem olduğu üçün nə telekanallar, nə də xəbər agentlikləri bu barədə heç nə bilmirlərmiş. Çünki Naxçıvanda muxbirləri, biraz ağıllı desək korrespondentləri yoxdur. Sonda Azadlıq radiosu bu faktı ortaya çıxarır. Lakin Amerikanın agenti olduqları üçün elə ediblər ki, guya camaatı döyənlər AXCP-nin silahlı dəstələri yox, kənd polisi və Daxili Qoşunların əsgərləriymiş. Azad Rəhimovun da dediyi kimi, Amerika Azərbaycanı çökdürmək istəyir axı.

Qayıdaq hadisələrin episentrinə. Xalq Cəbhəsinin silahlı dəstələri kəndə daxil olub, bütün evlərə giriblər. Hər kəsi, uşaq, qadın, qoca baxmadan əzişdiriblər. Hətta bir kişini ağaca bağlayıb, eşşəklər sudan gələnə qədər döyüblər. 150 nəfəri də oğurlayıblar. Ailəsi oğurlananlar arasında olan Yünis Əliyev adlı bezninə alüdə olan kənd sakini isə üstünə benzin töküb polis bölməsinə gedib. Ailəsinin harada olması ilə maraqlanıb. Yünisin çox stress keçirdiyini görən kənd polisi ona bir siqaret verib. Siqareti yandıran zaman isə Yünis alışıb yanıb. Güney Azərbaycan Milli oyanış hərəkatının nümayəndələri isə bu hadisəyə dözməyiblər. Sərhəddi keçib onu Təbrizdəki xəstəxanaların birinə aparıblar. Yünis koma vəziyyətinə düşməmişdən öncə isə “Məni türk həkimlərinə əmanət edin” deyib.

Hal-hazırda kəndi Xalq Cəbhəsinin 500 silahlı üzvü  mühasirədə saxlayır. Polis kəndə daxil ola bilmir.  Bütün telekanalların, xəbər agentliklərinin isə sabahdan Naxçıvanda korrespondentləri olacaq. Onlar Xalq Cəbhəsinin Bənəniyar xalqına qarşı etdiyi cinayətləri bütün dünyaya çatdıracaqlarına söz verdilər.

Bizə yaxın olan mənbələrin verdiyi xəbərə görə isə Xalq Cəbhəsinin silahlı dəstələri Vasif xanı əsir götürüblər. Onu yalnız sıfırlarının yazıma yerləşə bilməyəcəyi dərəcədə böyük rəqəmli pulun müqabilində qaytaracaqlarını deyiblər. Artıq pul tapılıb və Vasif xan azad olunub. Qeyd edim ki, bizə yaxın olan mənbə onu da deyir ki, həmin pula AXCP özünə ofis tutacaq.

Son Söz

Gördüyünüz kimi əziz həmşəhərlilərim, ölkəmiz çox dinamik şəkildə həyatına davam edir. Gündə bir hadisə olmasa adam darıxır. Bizə də bu hadisələrin içində yazı yazmamaq günah olar. Dediyim kimi, asqıranın yanında öskürməsən deyər ki…

4 Cavab to “AR Olsun!”

  1. Araz bey, insanlarin dini inanci ile oynamayin! “ûzü Billahi Mine’ş-şeytani’r-REJİM” sigishdirin bunu lutfen!

  2. Maragli yazidir lezzet eledi ) Vasif xanadaki alla komek olsun 0

  3. nomrene niye zeng chatmir?
    IMza:Vasif

  4. Gelirem, yoldayam!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: