Articles

Batan Vətən…

In XNews, Yazılar on Yanvar 7, 2010 by Araz Önər Etiketlənmiş: ,

Azərbaycan, mənim bəxtsiz anam oy!

http://www.azadliq.org/content/article/1922234.html

Xahiş edirəm Bənəniyardakı hadisələrə diqqət yetirin. Bu gün Bənəniyarda 20 yanvar faciəsi təkrarlanmaqdadı. Polis…Vətəndaşı qorumağa borclu olan polis insanlara qarşı zor tətbiq etməkdədir. 150-yə yaxın adam həbsdədi, bir nəfər özünü yandırıb, digərləri isə kömək gözləyir. İndi Azərbaycan vətəndaşının çox elementar bir hüququ pozulur. Buna biz tərəflərdə yaşamaq hüququ deyirlər. Bu hadisənin arxasında kim durur? Kim bu ölkənin polisinə, vətəndaşını döy əmrini verib? Azərbaycan çox balaca ölkədi. Bu hadisə başqa ölkədə baş versəydi onun axrasında kimlərin dayandığını demək biraz çətin olardı. Ancaq Azərbaycanda xalqa qarşı törədilən cinayətlərin arxasında bir qüvvə durur. YAP Rejimi. Ona görə günahkar axtarmaq lazım deyil. Azərbaycanın hər yerində bu rejimin balaları hakimiyyətdədir və xalqa qarşı törədilən cinayətlər hələ də davam etməkdədir. Necə deyərlər, davam edir 37.

Ölkədə əməlli başlı qaçdı-tutdu oyunu gedir. Kimin şeyi, kimin zadındadı bilinmir. Bu gün Azadlıq Radiosu bu xəbəri verməsəydi. Heç kəsin bundan xəbəri olmazdı. Açın kanallarınızı, görün nə verirlər. Hansı müğənni, harada, kimə necə verdi? Kim-kimə necə qoydu? Ən “vətənpərvər” kanalımız ANS isə Ermənistanın Azərbaycana etdiyi təcavüzləri saymaqla məşğuldur.

Bu təamlardan qidalanır bizim ideologiyamız. Azərbaycançılıq. Hər yerdə fəxr ediri ki, Azərbaycanlıyıq. Hər kəsə meydan oxuyuruq. Özümüzü özümüzdən qorumamış, hücuma keçirik. Ermənistanı boş verin, öz polisimiz, öz hakimiyyətimiz tərəfindən təcavüzə uğrayırıq. Kim ölər bu hadisələrdən sonra bu vətən üçün? Kim mənə qarantiya verə bilər ki, mən əsgərlikdə, müharibədə olanda mənim ailəmin, yaxınlarımın, dostlarımın başına bunlar gəlməyəcək? Heç kim… Bu ölkədə heç kim, heç nədən siğortalanmayıb. Ona görə də susub oturmaqla nədənsə siğortalandığınızı sanırsınızsa, yanılırsınız. Bütün bunlar bir gün sizin də başınızda partlayacaq. O polislərin, o məmurlanın, o nazirlərin…Onda isə hamınız inqilabdan danışacaqsınız…

P.S.: ..və ya inqilab artıq olmuş olacaq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: