Articles

Yol əhvalatı

In Yazılar on Dekabr 18, 2009 by Araz Önər Etiketlənmiş: , ,

Bismillahi-r-rəhmanir-rəhim…Tək olan Allahın və yer üzündəki səlahiyyətli səfirlərinin adı ilə başlamaq istəyirəm söhbətimizə. Sizə bir əhvalat danışmaq istəyirəm. Deməli adını çəkmək istəmədiyim bir Qafqaz xalqının qədimdən belə bir adəti varmış. Gəlin toy gecəsi qız çıxmırdısa, bəyin ailəsi gəlinin başını qırxıb atasının evinə göndərərmiş. Atası da ya qızı öldürərmiş, yada şələküləsin götürüb həmin kənddən köçərmiş. Bunu sizə niyə danışıram, bilmirəm amma əlaqələndirməyə çalışacam…

Zati-aliləri, cənab prezident İlham Əliyev təxminən 20 gün öncə Bakı-Şamaxı yolunda lent kəsdi. Kəsilən lent şanına 100 milyon dollar xərclədiyimiz, məmurlarımız üstündə rahat getsin deyə çəkilmiş Bakı-Şamaxı yolunun lentidir. Bu həmən yoldur ki, bir neçə ay bundan əvvəl tankla avtobus bir-birləriylə kəllə-kəlləyə girmişdilər. Bir neçə gün bundan əvvəl isə yol çokməyə başladı (http://www.azadliq.org/content/article/1906842.html). Necə deyərlər gəlin qız çıxmadı. Analoji hadisə bir neçə ay bundan əvvəl Hüseyn Cavid Prospektinə çəkilən asfaltın başına da gəlmişdi. O zaman da prezidentimiz lenti kəsmiş, sonra yolu təzədən qazmağa başlamışdılar.

Bu hadisə “prezident yaxşıdı ətrafı pisdi” fikrinə çox möhtəşəm cavabdı. Mən bu rejimi çox sevirəm. Ortaya bir qondarma fikir atır, sonra özü öz hərəkətləriylə buna cavab verir. Deməli sizə danışım normal ölkələrdən. Normal ölkədə hər şey necə baş verir. Birincisi, prezident yolun, parkın lentin kəsməyə gəlmir. Prezidentin işi gücü olur. İkincisi lap prezident gəlib lent kəsib. Ondan sonra gedir və gedəndən sonra da təzədən yolu qazırlar. Bu açıq aydın prezidentlə məzələnməkdi. Prezident bilir ki, onunla məzələnirlər, həmçinin bununla bərabər xalqın malını da çapıb talayırlar və beləliklə əlaqədar insanların işdən çıxarılmasıyla bağlı əmr verir. Bu əmrdən də, digər əlaqədar insanlar nümunə götürür və bundan sonra nə prezidentlə, nə də xalqla məzələnmirlər.

Burada isə hər şey başqa cürdür. Bu hadisə bir daha sübut elədi ki, bu ölkənin yiyəsi yoxdur. 100 milyon dolların hesabı kimdən sorulacaq bilinmir. 100 milyon dollar az pul deyil. Gədəbəy əhalisinin 5 ildə verdiyi vergi heç 100 milyon dollar eləmir. 100 milyon dollara universitet təsis etmək olar, avropa standartlarıynan bir yerdə.

Yol çəkmək də pis ideya deyil. Adını unutduğum bir dahi rəhbərin bir sözü var idi “Yol mədəniyyətin bir parçasıdır” ya da belə bir şey. Görünür bizim mədəniyyətimiz elə belə yol çəkməyə çatır.

2 Cavab to “Yol əhvalatı”

  1. Texasda ise yeni stadiona 1 milyard dollardan chox pul xercleyibler😀, yollar chox vacibdir, xarici investoralar regionalarda nese achmag isteseler ilk once infrastruktura baxacaglar. Geleceyimiz uchun yaxshidir. Avropa Shurasina daxil olmag uchun kriteriyalardan biri yollardi😉 Meselen mugayise edin bizim ve Chinin yollarini😉 Siz hech maraglanmizi 1 mashin asfaltin giymetini? Ucuz deyil deyim size😉

    Bizde bu asfalti goyub tezden goymagla ise😀 yeni ish yerleri achilir :DD, remonta da pulu silmek olur :DD Elbette ki o pulun hamisi ishe getmir😀, hech kim hechne etmirse eger niye de getsin, We deserve what we get!

    Birdeki bu geder pul gelende olkeye, neft gelirlerdinden, onu geder de servis ve bashga mallar gerek istehsal olunusun, amma bizde pul gelir amma onu xerclemeye yer yoxdu, ona gore de inflasiya bele yuksekdi, ona gore banklarda faiz bele yuksekdi. Elbette ki Holland sindromunu ehch kes istemez, amma yeni yollarin tikilmesi yaxshi bir sheydi. Burda elbette ki tekce yollardan sohbet getmir, boyuk investisiyalar goyulmalidir. Meselen bizde Azerbaijan Investment Company ve s. var, olar bu ishlerle meshuguldular, yeni ishler gorulur, pis, yaxshi olsada, kimse chalishir nese elemeye.

    Men burda kimise desteklemirem, sadece olarag bele her sheyi pisleyende, bu geder pessimizmli messajlar ancag sozlerdi, ve bunu elemek uchun gerek durub eliyesiniz, durub eliyek😉

  2. Samir o pulu xerclemeye o qeder yer var ki…Yol chekmek de problem deyil, cheksinler, ancaq 20 gunden sonra choken yollar chekmesinler. Bele yollarla bizi Avropa Shurasina yox, hech Afrika shurasina goturmezler. Burada achiq aydin gorunur ki, o yola hech o pulun yarisini xerclemeyibler, pul yeyilib. Biz bu insanlarin hamisini chox yaxshi taniyiriq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: