Articles

Satılmışlar ölkəsi

In Yazılar on Dekabr 11, 2009 by Araz Önər Etiketlənmiş: , ,

Sovet Hökuməti dağılandan sonra hamı elə fikirləşirdi ki hər şey yaxşı olacaq. Kapitalizm gələcək, pulumuz çox olacaq, satıb-alacağıq, varlanacağıq. Bir sözlə elə bilirdilər ki, kef olacaq. Təbii ki, Estoniya, Litva, Latviya kimi normal insanların yaşadığı ölkələr özlərinə bir sektor tapıb inkişaf elədilər. Azərbaycanda isə hər şey tərsinə oldu. Kapitalizm Azərbaycana gələn kimi, satılası nə var idisə hamısını satışa qoyub satdılar. Torpaqları, nefti, qazı və s. Beləliklə bizdə alıcı-satıcı, satıcı-alıcı münasibətləri yox, təkcə satıcı-alıcı münasibətləri quruldu. Bu kapitalizmin günahı deyil. Kapitalizm başqa ölkələrdə günahkar olsa da, Azərbaycanda azərbaycanlıların qarşısında aciz qaldı. Kapitalizmin altını üstünü bəzəyib, özümüzdən yeni bir sistem uydurduq. Necə ki bunu indi təhsildə Boloniya sistemində də edirik. Nəisə… İndi neft, qaz kimi sərvətlər tükənəndən sonra bu ölkənin iqtisadiyyatı nəyin üzərində dayanacaq hələ heç kəs bilmir. Amma bugünkü söhbətimizin mövzusu bu deyil.

Satılmaq Azərbaycanda artıq adi hal alıb. Hakimiyyət xaricə satdığı sərvətlərin müqabilində daxildə insan alveriylə məşğul olur. Bir il əvvəl YAPı söyən adamlar, 1 il sonra YAPın sıralarına uğurla daxil ola bilirlər. Hətta bu o qədər ifrat hal alıb ki, artıq insanlar satılanda bunun fərqinə varmırlar. Satılmaq sözü onların lüğətində olmur. Təbii ki, insanları süründürüb, ölkə daxilində sömürgəçiliklə məşğul olsan, vətəndaşı bir qarın çörəyə möhtac qoysan artıq onun gözünün qarşısında satılmaq kimi bir əngəl dayanmayacaq. Hakimiyyət satılmaq üçün böyük bir fürsət bərabərliyi verib.

Mən dəfələrlə aksiyalardan sonra həbs olunmuşam. 2 dəfə məhkəmədən xəbərdarlıq almışam. Polis bölməsində polislərlə söhbət zamanı çox hallarda polis mənə və yaxud bizə “düz yoldasınız, afərin” deyib. Ondan bizi niyə həbs etdiyini soruşanda da, cavab verir ki “bu mənim işimdir”. Amma əslində düzgün cavab budur: “Mən satılmışam”.

İndi hərdən fikirləşirəm ki, bu ölkədə normal da olmasa, biraz normal yaşamaq olardı, əgər polis özbaşınalığı olmasaydı. Bir də bir şey var. Nə zaman nəyin olacağını heç kəs bilmir. Mən indi evdə oturmuşam, ola bilsin ki, sabah hansısa bir oliqarx mənim evimi məndən xəbərsiz aldı və məni çölə atdılar. Heç kim, heç nəyin zəmanətini verməyib. Necə ki, bir neçə gün əvvəl Qız Qalasının yanındakı tarixi binanın sökülməsinə qərar verildi və camaatı çölə atdılar. Hətta dedilər ki, evinizin pulunu özümüz müəyyənləşdirib verəcəyik. İndi o oliqarxdı, ona hər şey olar. Rəhman və rəhim olan oliqarx özü o evlərin qiymətini mərhəməti çərçivəsində müəyyənləşdirəcək və camaata paylayacaq. Camaat da heç nə deyə bilməz. Çünki Allahı, Allahdan başqa heç kəs görə bilməz. Kimə etiraz edəsən. İndi yəqin ki həmin binada, bir nəfər də olsun polis nəfəri yaşayır. Mən əminəm ki, o binanın çox hissəsi YAPçıdır. Hətta ona da əminəm ki, evi əlindən alınan polis istefaya getməyəcək. Hətta vəzifəsinin qaldırılması üçün mitinqdə insanları daha qəddarcasına döyəcək. Çünki o satılıb. Onun mənəviyyatı artıq ayaqlar altındadır. Bu hakimiyyətin də sosial bazası satılmışlar üzərindədir. YAPda 500 min adam varsa. 10 nəfəri idarəçi geridə qalanı isə satılmışdır. Satılmışlar ölkəsini, satılmışlar iqtidarı idarə edir. Bu da Azərbaycanda satıcı-alıcı, alıcı-satıcı münasibətlərini yaxşılaşdırır, inkişaf etdirir, sarsılmaz edir…

4 Cavab to “Satılmışlar ölkəsi”

  1. Azerbaycanda demokratiyadan olmadigi kimi, kapitelizmden de hec bir eser elamet yoxdur. oligarx, polis ve memur ozbashinaliginin kapitalizmle elagesi yoxdur, cenab muellif🙂

    bir chox megamlari garishig salsa da, hegigetleri olan yazidir.

  2. Çox sağolun xanım, şərhçi :)))

  3. Bütün ideologiyalar azərbaycanşılıq ideologiyası qarşısında acizdir. Bu millətə heç allah da qalib gələ bilməz. Heç Heydər də qalib gəlmədi, sadəcə yola verdi.

  4. Bura elə bir coğrafi məkandir ki,bütün qanunauyğunluqlar mahiyət baximindan aşinmaya məruz qaldiği üçün qanunauyğunsuzluq halina düşür.O səbəbdəndir ki,dünyanin utopik hesab etdiyi zadlar bizdə çox asanliqla ‘topik’ olur.Məs.döyülürsən və tutulursan,düz yoldasan afərin amma mən səni tutmaliyam,məmursan,qanunda sehvlik var istəyirsen lap holding yarat.Bir haldaki,ən dəqiq elm olan riyaziyyata Misir əmi əl gəzdrib ‘sm’ i ‘l’ edibse…
    Nasil cikar bu karanliklar aydinliga?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: