Articles

Gənclik = Dostluq

In Yazılar on Dekabr 8, 2009 by Araz Önər

06.12.2008. tarixində polis tərəfindən qətlə yetirilmiş 16 yaşlı Aleksis Qriqoropulosun xatırəsinə.

“İnsanın ən yaxın rəfiqəsi, anası və bacısıdır”. Bunu bu gün universitet müəllimi öz tələbələrinə məsləhət verərkən dedi. Çox acınacaqlı haldır. Öz avtoritetindən istifadə edib tələbələrə bu cür motonon fikir söyləyən müəllim və müəllimin avtoritetine inanan və bu cür pessimist fikirləri göydə həzm edən gənc tələbə.

Son aylarda Azərbaycanda yüzlərlə gənc intihar edib. Elə bu cür avtoritetlərin söylədiyi fikirlərə görə. İnsanın uğursuzluğunu paylaşmağa kimsəsi olmayanda intiharın ağıla gələn ilk fikir olması istisna deyil.

“Nəsə bir sirriniz varsa, vərəqə yazın ya da ananıza danışın. Bir yaxın dostumun mənə xəyanət etməsindən sonra buna daha da əmin oldum.” İnanmayın. Birinin həyatda dostu yoxdusa, öz uğursuzluqlarında dostunu günahlandırırsa, bu sizin də başınıza gələcək anlamına gəlməz. Ümumiyyətlə bizim insan öz həyatını dramatikləşdirməyi sevir. Bu yəqin ki, əvvəl hind kinolarının, indi də türk seriallarının təsirindədir. Bu filmlərdə də həmişə baş aktyor dostu tərəfindən xəyanətə məruz qalır və sonda Everestə təkbaşına qalxır. Amma reallıq bunu göstərmir. Reallığın sonu olmur. Belə romantizmin də real həyatda yeri yoxdur. “Никогда не говори НИКОГДА” (Heç vaxt, HEÇ VAXT demə) bu söz də əbəs yerə deyilməyib. Bu söz real həyatın təzahürüdür və məncə, əsl dost yoxdu cümləsini yalnız uğursuzlar deyər. Dramatikləşdirmə də uğursuzların işidir.

Bu gənclər, bu sözlərlə, bu aforizmlərlə çox uzağa gedə bilməyəcək. “Dost dar gündə tanınar”la uzağa gedə bilməyəcəklər. Bu uşaqlara həvəs, motivasiya yükləmək əvəzinə sındırmaq, demotivasiya eləmək nəyə gərək anlamıram. Elə bu zamanda, bu gənclərin nə pula, nə də ağıla ehtiyacları var. Yeganə ehtiyac motivasiyadır. Gəncin motivasiyası bir gün onun bütün ehtiyaclarını qarşılayacaq qədər böyük bir gücdür.

Biz bir yol gedirik (biz deyərkən gəncləri nəzərdə tuturam). Hər birimiz fərqli düşüncəyə sahib, müxtəlif həyat tərzini yaşayan və həyata müxtəlif baxan fərdlərik. İstəyirsən çəkməçi ol, istəyirsən nazir. Bütün bunlara gedilən yolu yalnız getmək mümkün deyil. Bu yolda səninlə birgə olanlar olacaq, yoldan sapanlar və sənin xəyanətkar sandığın adamlar da. Yolda dayanıb sapanların qəbrini qazmağa vaxt yoxdur. Bu yola çıxmağı qərara almısansa, gedib sonuna çatmalısan. Hər məğlubiyyətdə oturub ağlayacayıqsa, ən yaxşısı evimizə qayıdaq.

Ölenler
dövüşerek öldüler;
güneşe gömüldüler.
Vaktimiz yok onların matemini tutmaya!

Nazım Hikmet

Hər dəfə oynamalı və hər dəfə daha yaxşı məğlub olmağı öyrənməliyik. Hər dəfə daha yaxşı uduzmalıyıq. Kiçik məğlubiyyətlər bir gün böyük qələbəyə çevriləcək.

Dostlarımızla birlikdə qələbəyə doğru.

2 Cavab to “Gənclik = Dostluq”

  1. Bizlerin coxu hele hec yola cixmagi planlawdirmir,o ki qaldi sona catmaqlari.meqalelere gore cox sagol.

  2. Azerbaycanlilar uchun dostlug-yeyib ichmek, gulub oynamagdan ibaretdir, vay o gunden ki kimise tengid edesen, ne ise duz etmediyini deyesen. Bu millet ona gore yaltaglig edir ki, bunun ishe yaradigini basha dushur, yeni eyni zamanda ona yaltaglananlari sevir, eyrisini deyeni yox.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: