Articles

Elə-belə yazı…

In Yazılar on Dekabr 7, 2009 by Araz Önər

Ben bir ceviz ağacıyım Gülhanenin parkında,
Ne sen bunun farkındasın, ne de polis farkında…

Zamanla hər şeyin düzələcəyi fikrindəyəm. Düzəlməsə də, özümün güc tapıb düzəldə biləcəyi qənaətindəyəm. Ceyhun Osmanlı Qaynar.Info`nun sorğusunda ilin gənci seçildi. “Mübarizə bu gün də var, yarın da,/Mən də onun ən ön sıralarında” reallığı artıq bitmək üzrədi. Mübarizəylə məzələnirik. Ucuz prezervativ kimi işlədib atırıq. Sonra yenisini alırıq. Bu acı olsa da həqiqətdir. Artıq heç kəsdə güc, həvəs, g*t və s. qalmayıb. Vacib deyil ki, sadaladığım 3 keyfiyyət hamısı bir yerdə olmalıdır. Bu gün, “Gənclik nə etməlidir?” sualına hələ cavab tapa bilməmişik.

Təxminən 20 gün öncə Cavid Ramazanovun yazdığı yazıya çox kəskin reaksiya vermişdim. Amma indi anlayıram ki, o yazı düz yazılmışdı və hər kəsdən üzr istəyirəm. Əgər yazının müəllifinin Cavid Ramazanov olmadığını fərz etsək. Çünki Cavidin redaktoru olduğu “Alma” qəzetində jurnalistlərin şəkilləri çıxardılıb və bundan sonra Cavidin bizi mübarizəyə kökləməsi məncə biraz qəribə səslənir. Hesab etsək ki, o yazını Adnan və ya Emin həbsxanadan bizə yazıb…Məncə çox yerinə düşər. O yazını bir də oxudum…

AdnanEmin demişkən. Adnan həbsxanadan məktub yazıb. Deyir ki, Eminlə bekarçılıqdan soğanı və sarımsağı basdırmışıq dibçəyə cücərdirik , artıq yarım metrə böyüyüb.🙂 Bu məktubu şərh etmək keyfiyyətinə sahib deyiləm. Ona görə keçirəm başqa məsələyə.

Bayaq bir dostumla söhbət edirdim. Soruşuram ki, səncə Emin və Adnan amnistiyaya məktub yazacaqlar ya yox? Cavab verdi ki, məncə yox. 4 ay bundan əvvəl olsaydı, mən də istəyərdim ki, yazmasınlar. Amma bu gün baxıram, hər şey çox qəribədi. Həbsxanada azadlığa layiq olan Emin və Adnan bayırda isə heç həbsxanaya belə layiq olmayan insanlar. Məncə bunlar üçün dəyməz…

Facebookda siyasi statuslar yazıb buna mübarizə demək gülüncdür. Çox gülünc olsa da, mən də bunu edirəm…və Eminlə Adnan çıxandan sonra soruşsalar ki, bizə iş verəndən sonra nə elədiniz?

Əmin olun ki, edəliklərimiz onların həbsinə layiq deyil…

Bir Cavab to “Elə-belə yazı…”

  1. Araz mene ele gelir ki,Cavid bütün gəncliyin gördüyü işdən daha çox iş görür,ona göre C avide dəstək olmaq lazimdir.Birde ki ilin gencin-mencin söhbete soxma,onun adini senin yazinda görmek mene xoş deyil.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: