Articles

Yaman olur işimiz…

In Yazılar on Noyabr 20, 2009 by Araz Önər

…Səhv düşəndə yerimiz..

Adam sifət yaxşı şeydi…Həm də yaman şeydi. Adamda sifət olmalıdı, yada olmamalıdı…Sifət çox yağlı sözdü.

Mən həmişə sifət sözünü işlədəndə yadıma Anar Məmmədxanov, ya da Əli Həsənov, ümumiyyətlə bu qəlibdən olan adamlar düşür. Təsəvvür edin, sifət deyirsən və gözünün qabağına Anarın gül camalı gəlir. Gecə yuxunuza girib deyir ki: “Biz İlham Əliyevin ətrafında sıx birləşmişik”. Elə yata-yata “search” verirsən ki, kimdir bu İlham Əliyev…”Azərbaycanda demokratiya olmayacaq” cümləsini səsləndirən, boyu ortadan biraz hündür, bığlı, orta yaşlı bir adam çıxır axtarışdan. Lənət şeytana…

“Ağcabədini qaytaracayıq” , “Bizim səbrimiz tükənməz deyil”, “Yolumuz ulu öndərin yoludur (Plagiat: Yolumuz Lenin yoludur), “Biz istəyirik ki insanlar rahat yaşasın” və s. şüarlar səsləndirən, “xalq tərəfindən seçilmiş”, özü yaxşı, ətrafı pis olan; ətrafında sıx YAP meşəsi olan gənc prezident…

sözüm onda deyil…

***

Adnanla Emin həbs olunandan dərhal sonra artıq bütün dünya ictimaiyyətinin həbsin motivlərindən, bəhanəsindən və xarakterindən xəbəri var idi. Dünya artıq düzgün olana – bizə inanmışdı. Bütün nüfuzlu media orqanlarında xəbər bizim dediyimiz kimi çıxmışdı.

Bundan sonra day.az, firstnews və hakimiyyətə digər əl-altı olan saytlarda Emin və Adnanı şərləyən 2 nəfərin açıqlaması və birinin şəkli çıxmışdı. Onlar deyirdilər ki, bəs Emingil bizi söydü, sonra da döydü :)…Çox ucuz variant idi. Şərləyənlərdən birinin qulağı pambıqlı şəklini qoymuşdular ki bəs qardaşımızın beyni silkələnib. Vicdanıma and olsun, adım kimi əminəm ki, bu priyomu kim fikirləşmişdisə elə bilirdi ki, bununla hər şey həll olunacaq. Amma hər şey bu qədər asan olmur. Adamı yandıran da elə budur. Biri var ki, ağıllı, ciddi bir rejimlə mübarizə aparasan, biri də var ki, Anarkimilərlə…

İndi də elə həmin hadisələr cərəyan edir. Yenə də cürbəcür sifətlər, İlham Əliyevin ətrafında payız yarpaqları kimi sıx birləşənlər, milli-məclisin, prezident aparatının yeyib-içən oğlanları və yaxud da telekanalların turist aparıcıları bu həbs barədə fikir avtoritetinə sahib olmaqçün cürbəcür yazılar yazır, analizlər edir. Bir də gördün sabah Rəksanə çıxıb deyəcək ki, mənim uşağımın atası Emin Millidir… Vallah mən bu hakimiyyətdən hər şey gözləyirəm.

Əgər Qərib Azər bu həbsə münasibət bildiribsə deməli hər şey ciddidir.

Üzümü Anar bəyin timsalında, rejimin bütün yeyib-içən oğlanlarına tutub demək istəyirəm…Demək istəyirəm ki, hər şey sizə asan gəlməsin. Biz bu həbslərə hazırıq. Ona görə içimizdən kimisə həbs edəndə, artıq  nə edəcəyimizi bilirik. Fikir avtoritetinə necə çevriləcəyimizi də bilirik. Siz isə tapşırıqla işləyən adamlarsınız. Sizə tapşırıq “yuxarıdan” gəlir. Ona görə yazdıqlarınız belə gülünc və qeyri-səmimi alınır. Siz kimisə buna inandırmaq istəyirsiniz. Amma bu gün nə xalq sizə inanır, nə də beynəlxalq ictimaiyyət… Siz də bunu çox yaxşı bilirsiniz…Ona görə belə əl-əyağa düşmüsünüz…Odur ki, ya Emin və Adnanı buraxırsınız, ya da sizi bütün dünyaya biabır edəcəyik. Və bir gün gələcək Nigeriya xalqı da sizdən yazacaq…Amin!

Deyilən sağlığa, Anar müəllim🙂

6 Cavab to “Yaman olur işimiz…”

  1. Kim yazibsa cox duz yazib,adamda sifet olar.Amma yox saxtakarliqla secilenlerde olmaya biler.onlarin discountu var deyesen!

  2. Anar harda ne deyibki?

  3. hemisheki kimi ne deye bilerlere)))

  4. uzun, dibine qeder raziyam. eger gerib azer geder lazimsiz adami da goturub haggisaba soxublarsa, demeli kurklerine bire dushub =))

    sabahdan avtoshlara, atv’e mesaj yazanlara tesir elemekchun reqsane, namig garachuxurlu zad da danishsa, teeccublenmiyin😀

  5. Salam, usahqlar.
    Siz mene oz e-mail adreslerinizi vere bilersiniz?
    Emin Milli terefdarlari toplayiriq.

  6. Anton, Emin Milli peygember zad deyilki. Mudafie ishinde aktiv ishtirak etmek lazimdi, netde aktiv qruplar bu haqda mutemadi melumat verirler.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: