Articles

Dirçəlmək – dincəlmək

In Yazılar on Noyabr 17, 2009 by Araz Önər Etiketlənmiş: ,

Так. Стакан зубровки. А потом – на Каляевской – другой стакан, только
уже не зубровки, а кориандровой. Один мой знакомый говорил, что
кориандровая действует на человека антигуманно, то есть, укрепляя все
члены, ослабляет душу. Со мной почему-то случилось наоборот, то есть душа
в высшей степени окрепла, а члены ослабели, но я согласен, что и это
антигуманно.

Венедикт Ерофеев – Мосвка – Петушки

Biz riyaziyyata yad bir xalqıq. Çünki çox az vaxt nəsə edəndə nəticəsini düşünərək edirik. 1988-ci ildən başlayan mitinqlər Sovet Hökümətinin dağılma ərəfəsinə düşməsəydi biz heç nəticəni bilməyəsiydik. Yəni xalq meydanlara çıxdı və sonda gördü ki, meydanlara çıxmağın nəticəsi Sovet Hökümətini dağıtmaq imiş. Azərbaycanda Sovet Hökümətini ideya yox ,kütlə dağıtdı. Çünki o zamanki siyasətçilərin təqdim etdiyi ideyalar SSRİ ideyasından üstün deyildi. Elə bu gün də çox adam SSRİ-ni nostalgiya ilə yada salır: “Heyf deyildi Sovet Höküməti?” Çox təəssüf ki, bizdə SSRİ-ni çox zaman maddi vəziyyətə görə yada salırlar. Çox adam “SSRİ-də əla yaşayırdıq, hər şeyimiz var idi” şüarıyla yada salır. Buna da şükür…

Bu gün Milli Dirçəliş günüdür. Hamınızı bu bayram münasibətilə təbrik edirəm. Bu bayramdan bizə qalan yalnız avtodayanacaq olan Azadlıq Meydanıdır.
Yəqin ki bu xalq o “Dirçəliş”dən sonra hələ neçə il yatacağını bilsəydi, dirçəlməzdi.

İndi başımız daha qlobal problemlərə qarışıb – ev tikmək, ağac əkmək, oğul böyütmək, qız ərə vermək… və s.

Ona görə də bu xalq Emin və Adnana layiq deyil. Bu xalqa Səyavuş Novruzov, Əli Həsənov, Ayaz Rəhimov lazımdı.
Emin və Adnanı bu xalq yetişdirməyib. Ancaq Səyavuş Novruzovu bu xalq yetişdirib.

Bu gün bəziləri Emin və Adnanı Amerika satqını, Avropa agenti kimi qələmə verirlər. Mən deyim bu nə üçün belədi.
Azərbaycanlının şüurunda vətənpərvərlik erməniyə olan nifrətin dərəcəsiylə ölçülür. Vətənpərvərlik dolmanı, xaşı və s. yeməkləri Azərbaycan yeməyi kimi təqdim etmək deməkdir. Əgər kütləyə zidd  ya da yeni olan bir şey təqdim etmək istəyəcəksənsə bu biraz çətin olacaq. Çünki azərbaycanlılar adaptasiyanı sevmir. Məs: futbol bu xalq üçün yeni bir şeydir, ancaq güləş bu xalqın genində var. Ona görə futbolda uğur qazanmaq bizim üçün çətindir. Güləşdə isə belini yerə vurmadığımız pəhləvan qalmayıb.

Adnan və Emin isə yenilikçidirlər. Yeni bir şey təqdim etdikləri üçündə bu gün həbsdə yatırlar.
Mən əminəm ki, Adnan və Emin gecə yatdığı yerdə erməni baltalasaydılar indi ümumilli qəhrəmana çevriləcəkdilər. Avtobusların üstündə şəkilləri, maqnitafonlarda şeirləri, mahnıları səslənəcəkdi.

Ancaq çox şükür, çox şükür ki, bu belə deyil. Mən buna doğurdan da sevinirəm və fəxr edirəm.

***

Davamını yazacam.



Bir Cavab to “Dirçəlmək – dincəlmək”

  1. maraqli yazidir soz yox.Ancaq “Mən əminəm ki, Adnan və Emin gecə yatdığı yerdə erməni baltalasaydılar indi ümumilli qəhrəmana çevriləcəkdilər. Avtobusların üstündə şəkilləri, maqnitafonlarda şeirləri, mahnıları səslənəcəkdi.

    Ancaq çox şükür, çox şükür ki, bu belə deyil. Mən buna doğurdan da sevinirəm və fəxr edirəm.” yazinin bu hissesi ile ne demek istediyin aydin deyil.Her halda RAmil Seferov kefinden bu isi toretmeyib.Qeyret namus ar seref leyaqet olmayan yerde Azadliq da ola bilmez.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: