Articles

Sənə nə?

In Yazılar on Noyabr 10, 2009 by Araz Önər

Bir neçə gün bundan əvvəl dostum Cavid Ramazanovun “Alma” qəzetində Gənclik, Çayxana və İnqilab adlı yazısı çıxdı. Allah mübarək eləsin. Yazı mənə Milli Məclis deputatı Səyavuş Novruzovun çıxışlarını xatırlatdı. Eyni tərz, eyni arqumentlər. Aşağıda bu barədə yazacam.

***

İllər keçir, hər şey dəyişir, elə bizim kimi. Baxışlarımız, geyimlərimiz, hətta saç düzümlərimiz…Dünən düşündüyümüz bu gün bizə gülməli gəlir. Bu normal şeydi. Hətta çox normal. Azərbaycanlılar dəyişməyə meylli olmayan kütlə olduqları üçün kiminsə dəyişməsi onları qıcıqlandırır. Təəccüblü olsa da bunu da normal bir şey kimi qələmə verək. Nə də olsa azərbaycanlıdı.

Mən 2007-ci ildə Dalğa Gənclər Hərəkatına gəldim. Gələndən 15 dəqiqə sonra polis məni həbs elədi. 2 ay sonra sədr əvəzi seçildim. Təxminən 6-7 ay sədr əvəzi oldum. Sonra Vəfa qayıtdı. Yeni seçkilər oldu. Namizədliyimi verdim, Fikrət Adıgözəlli demişkən sonuncu yerlə kifayətləndim. Hal hazırda da faktiki sədr səlahiyyətlərini yerinə yetirirəm. Və seçiləcək yeni sədrləri qeydə almaqla məşğulam. Nə qədər təəccüblü olsa da hələ də bir nəfər namizəd yoxdur. Bu problemdir. Cavid də bu problemin kökünü Vəfanın “moyi druzya” foto-layihəsində görür. Ya da mənim çayxana oturmağımda, facebookda ingiliscə status yazmağımda. Adama deyərlər, oxuduğun kitablar sənə qənim olsun. Mən hələ bilmirəm, sən Dalğanın keçmiş üzvüsən yoxsa, hal hazırda da Dalğanın üzvüsən. I have no idea about that. But Cavidcim, listen. Birincisi, mən qapı-qapı gəzim Dalğaya sədr axtaran deyiləm. Mənim işim namizədləri qeydə almaqdır. Vəfa sədrlikdən istefa verəndə, mən də həmçinin müavinlikdən istefa vermiş oldum. Və faktiki olaraq idarə heyətindən çıxdım. Sədrliyə namizədliyin olmamasının hesabını get geridə qalan idarə heyətinin üzvlərindən və yaxud da, gecə-gündüz at kimi işləyən MNTK-dan sor, mənim şəxsi həyatımdan deyil. Mən özümü bu ölkənin super-muper gənci hesab eləmirəm. Mən heç kiməm, sən də həmçinin. Hərdən ola bilər bir mahnı yazaram, sən də bu mahnıya həvəslə qulaq asıb, məni tərifləyərsən.

***

Mən bilmirdim ki, Azərbaycanda inqilabın olmamasının səbəbi bizim Facebookda şəkillərimizin, ingilis dilində statuslarımızın olmasıdır. Bilsəydim vicdanım haqqı, facebooka şəkil zad qoymazdım. Qoysam da, göyərçin, qızılgül və ya Əmrahın şəkillərindən zaddan qoyardım. Həm sənin könlün xoş olardı, həm də mənim.

***

Durub sənə inqilab barədə nağıl danışası deyiləm. Ya da Dalğanın gələcək perspektivi barədə…Hər şey göründüyü kimidir. Böhranın səbəbi köhnələrin yorulması və yenilərin olmamasıdır. Əgər bu deyilsə sən özün hardasan? İkimiz də eyni yerdən çıxmışıq – Dalğadan. Və bu dəqiqə mən yoxam, həmçinin sən də yoxsan. Cındırıqsa, ikimizdə cındırıq.

Heç kəsi ömür boyu Dalğada qalmağa məhkum eləmək olmaz. Vaxtı çatanda mən də gedəcəm. Dalğa bir mərhələdir, bir təcrübədir. Bunu sən bilməlisən və ya artıq bilirsən…

***

Bir də ki, mənim nə edib, nə edəcəyimin heç kəsə dəxli yoxdur. O cümlədən sənə…Çünki mən heç vaxt səndən heç nəyin hesabını sormamışam. Bu mənə gərək deyil. Sən bir düşün, özün nəsən? Sonra mənə keç…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: