Articles

İnsan mexanizmi

In Yazılar on Noyabr 1, 2009 by Araz Önər Etiketlənmiş:

Music : Dvar – Nahaliroh

***

Çox vaxt başımız çıxmayan, ağlımız kəsməyən şeylərdən ağız dolusu danışa bilirik. Biz sözlə başımız girməyən yerə bədənənimizi soxmağa calışırıq. Özümüzü ağıllı göstərmək…Bu bizim təbiətimizdə var. Azərbaycanda adi xidmətçi, maşın ustası, offisiant işdəyən adam elə hesab edir ki, o prezident olmalıymış amma nəsə alınmayıb. Çox vaxt kafelərdə nəsə sifariş edəndə sifarişimizi qabağımıza sanki itə sümük atırmış kimi atırlar. Bu insanların anlamadığı bir şey var. Adi xidmətçi, offisiant işləyə bilməyən insan bundan sonra heç nəyi bacara bilməz.

***

Mən Bakı Dövlət Universitetində təhsil alanda bir müəllim mənə dərs deyirdi. Müəllimin işi gücü bizə robot kimi mühazirə oxumaq. Sonra da əvəzində bizdən bunu tələb etmək idi. Mənə elə gəlir ki, bu müəllimin əsas məqsədi özünə çətin qiymət yazan müəllim imici qazandırmaq idi. Bir dəfə bir tələbə dərs danışanda başlığı oxumaq üçün mühazirə dəftərinə baxdı. Müəllim bunu bağışlamadı və həmən adama “0” yazdı. Halbuki həmən tələbə bizim qrupun ən yaxşılarından idi. Və adım kimi əminəm ki dərsi bilirdi. Amma müəllimə etiraz etmədən yerinə oturdu.
Bundan sonra müəllim məni dərsə çağırdı. Mən dayanmadan, heç bir dəftərə baxmadan, dərsə əlaqəsi olan və olmayan şeyləri danışmağa başladım. Müəllim mənə “10” yazdı. Bundan sonra bütün tələbələr müəllimin işləmə mexanizmini anladılar. Və seminarlarda havadan sudan, əlaqəsiz şeylərdən danışıb yüksək qiymət alırdılar. Bircə o yazıq tələbə ilk dərsdən “0” aldığı üçün, imtahandan “4” qiymət aldı.

***

Alkaponenin bir sözü var: “Mən uşaq olanda, gecə-gündüz Allaha dua edirdim ki mənə velosiped versin, sonra gördüm Allah velosiped vermir,  getdim velosipedi oğurladım. İndi də dua edirəm ki Allah günahimdan keçsin. ”

Siz də Allahın, cəmiyyətin, insanların işləmə mexanizmini tapın, öyrənin. Amma bu da Alkaponenin velosipedi kimi alınmaya bilər. Onda öz mexanizminizi qurub işlədə bilərsiniz. Məncə bu 100 faiz alınacaq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: