Articles

Bayraq masturbasiyası – 2

In Yazılar on Oktyabr 30, 2009 by Araz Önər Etiketlənmiş: ,

Dünən dostlardan biri dedi ki, kimlərsə Zəngilanın işğalı ilə bağlı Erməni bayrağı ilə ayaqlarını siliblər, sonra da bayrağı yandırıblar. Halal olsun. Əlimizdən heç nə belə gəlməyəndə də bir iş tapıb düşmənə cavab verə bilirik. Ümumiyyətlə bu bayrağın yandırılması çox maraqlı məşğuliyyətdi.

***

Nardaranda hər ay İsrail və Amerika bayraqları yandırılır. Camaat da elə bilir ki, bayraq yandırmaq çox şərəfli və lazımlı işdir. Daha fikirləşmirlər ki, amerikalı öz bayraqından dəsmal, alt paltarı və daha nələr düzəldir. Və hansısa Nardaranda bayraq yananda onun heç vecinə də olmur. Bu əlacsızlıqdır. Artıq düşmən sandığına gücünü göstərə bilməyəndə əl atırsan bayrağına. Sanki gücün çatmayan adamı söyüb qaçmaq kimi bir şeydir. Nardaranda Amerika bayrağını yandırarlar, amma Amerikada heç bir zaman bayraq yandırılmaz. Nəylərinə lazımdır. İsrail Fələstinə bomba atır, əvəzində fələstinlilər bayraq yandırır.

***

Bayraq məsələsi kiçik və kompleksli xalqların savaş meydanıdır. Təkcə bayraq yox. Dünyaya təqdim edəcək bir şey tapmayanda ilk öncə gözə bayraqlarımızı və bakirə qadınlarımızı soxuruq. Amma real dünyada bu o qədər də önəmli deyil. Dünyanı bununla təəccübləndirmərsən.

***

Erməni bayrağını yandıranlara:

Atatürkün sözlərini xatirlayın: “Oğulları bizim torpaqlarda şəhid olmuş analar nigaran qalmasınlar, onlar bu torpaqlarında huzurla uyuyacaqlar.”

Müharibə bayraqla olmur. İrəvanda da daşnaklar bizim bayraqları yandırır. Bunun heç bir xeyri yoxdur. Vaxt aparan şeydir. Sabah müharibə başlasa sizlərdən heç biriniz o müharibəyə getməyəcəksiniz. Gedəsi olsaydınız hər gün intihar edən əsgərlərin hesabını sorardınız. Əsgər yeməyinin içindən tarakan çıxanda etiraz edərdiniz. Sizlər polisdən itdən qorxan kimi qorxursunuz. Polisdən qorxan adam, erməninin gülləsindən də qaçar, qılıncından da. Sizlər Astarada İran sərhəddində araq içib Cənubi Azərbaycanın həsrətini çəkən adamlarsınız. Amma realda orada mübarizə apararkən ölən insanlardan bir nəfərin belə adını bilmirsiz. Heç kim sizi indiyənə qədər xalqın yanında görməyib. Məncə görməyəcək. Bu movzu burada bitər…Vətənin daşı da , torpağı da dəyərsizdir, vətəni dəyərli edən insanı olmalıdır. İnsanına dəyər verin, bayrağına deyil!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: