Statuses

Orxan Pamukdan maraqlı açıqlama

In Arxiv, XNews on Avqust 29, 2009 by Araz Önər Etiketlənmiş: , ,

Orhan-pamuk

Nobel mükafatı laureatı Rusiya qəzetinə müsahibəsində Türkiyədə fikir azadlığının olmadığını deyib

Dünyaca məşhur türkiyəli yazıcı, Nobel mükafatı laureatı Orxan Pamuk Moskvanın “Timeout” jurnalına müsahibə verib. O, yeni kitabının təqdimat mərasimi üçün getdiyi Moskvada bildirib ki, Türkiyə hələ də qara qüvvələrin hökmranlığı altındadır. Yazıçı qeyd edib ki, öz yaradıcılığında daha çox türklərə müraciət edir.
Onun sözlərinə görə, əsas məqsədi Türkiyəni dünyaya daha çox əcnəbi kimi yox, elə türk dövləti kimi tanıtmaqdır.
O.Pamuk həmçinin müasir Türkiyənin bünövrəsini qoyan prinsiplərdən olan dünyəviliyin müasir Türkiyədə təhrif olunmuş vəziyyətə çatdırılmasından bəhs edib: “Ən kədərlisi isə odur ki, bu gün ölkənin hərbi elitası tərəfindən dəstəklənən dünyəvilik ideyası ilə Mustafa Kamal Atatürkün təqdim etdiyi, təsəvvüründəki dünyəvilik arasında yerlə göy qədər fərq var. “Dünyəvi dövlət” anlayışını əldə bayraq edən hərbçilərin bu gün siyasətə qarışması çox pis tendensiyadır ki, hazırda Türkiyədə də elə bu baş verir. Xalq bunu çox gözəl başa düşür və elə ona görə də ötən seçkilərdə etiraz əlaməti olaraq öz səsini islamçılara verdi”.

Nobel mükafatçısı olan yazar söz azadlığı mövzusuna da toxunub. Onun sözlərinə görə, Türkiyədə hələ azadfikirlilik və azad sözün ifadəsi yoxdur. Yazıçı Türkiyənin tez bir zamanda hüquqi və demokratik dövlətə çevrilməsini arzuladığını deyib. Erməni və kürdlərin türklər tərəfindən genosidə məruz qalması ilə bağlı iddialara cavab olaraq O.Pamuk daha öncə dediyi fikirlərin üzərində dayandığını bildirib: “Mən düşünmürəm ki, belə davam etsə, gələcəkdə Türkiyədə kimsə xoşbəxt olacaq. Öz ləyaqətimi qorumaqla yanaşı mən öz xalqımı və mədəniyyətimi də qoruyuram”.

Xatırladaq ki, O.Pamuk 2005-ci ildə İsveçrənin “Taqes Ansayqer” qəzetinə müsahibəsində sözügedən mövzu ilə bağlı sərt açıqlamalar vermişdi. Məşhur yazıçı həmin müsahibəsində I Dünya müharibəsi zamanı Türkiyədə “erməni genosidi”nin baş verməsi iddialarını belə cavablandırmışdı: “Türkiyədə 30 min kürd və 1 milyon erməni qətlə yetirilib və heç kim bu barədə danışmağa cəsarət etmir”.

Bu açıqlamadan dərhal sonra türk millətçiləri O.Pamuku məhkəməyə versələr də yaranmış beynəlxalq səs-küyə görə məhkəmə dayandırıldı. Türkiyənin kassasiya məhkəməsi bir il sonra prosesin dayandırılması ilə bağlı qərarı ləğv etdi. Rusiya mətbuatı hesab edir ki, son müsahibəsindən sonra türkiyəli yazar yenidən bu ölkənin Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə ittiham oluna bilər.

Müsahibə zamanı O.Pamuk şair Nazim Hikmət kimi Rusiyada yox, Amerikada yaşamasının səbəbləri barədə verilən sualı da cavablandırıb. Türkiyə qəzetləri Rusiya mətbuatında yazılanların əksinə olaraq O.Pamukun bu sualı “çünki orada fikir azadlığı var” şəklində cavablandırdığını xəbərləyib.

Yazar həmçinin deyib ki, Amerikada qalmasının bir səbəbi də ildə bir semestr Kolumbiya Universitetində dərs deməsidir: “Onlar iki semestr qalmağımı, ildə iki dəfə dərs deməyimi istəyir. Amma mən qalmayıb Türkiyəyə qayıdıram. Çox şükür ki, vəziyyətim Nazim Hikmətinki qədər pis deyil. O, Türkiyəyə qayıtsaydı, həbs edilib öldürüləcəkdi. Mən istədiyim zaman Türkiyəyə gedib-qayıdıram. Təbii ki, ildə bir semestr Nyu-Yorkda yaşamaq da çox yaxşıdır. Deməli, son 50 ildə – Nazim Hikmətdən üzü bu yana Türkiyədə müstəqillik bir az inkişaf edib”.

Nobel mükafatçısı başqa bir suala cavabda onu diplomatiyanın yox, insani mövzuların maraqlandırdığını vurğulayıb. Pamuk daha sonra bunları deyib: “Mənim üçün önəmli olan Türkiyədə azadfikirliliyin olmasıdır. Rahat-rahat istədiklərimizi demək, buna görə təhdid edilməmək, məhkəməyə düşməmək, öldürülməmək ən böyük hadisədir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: