Articles

ABŞ-da gənclərə dəstək

In Gənclik, XNews on Avqust 29, 2009 by Araz Önər Etiketlənmiş: , ,

article_1251538912.gifSəfirliyin əməkdaşları aksiyanı gizli olaraq lentə alıblar

“41 minə eşşək?”

Avqustun 28-də Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatı Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması tələbilə Vaşinqtondakı Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirib.
Azərbaycan səfirliyinin önündə baş tutan aksiyada gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz bildirilib. Aksiyada amerikalı azərbaycanlılarla yanaşı «Sərhədsiz Reportyorlar» Beynəlxalq Jurnalist Təşkilatının Vaşinqtondakı nümayəndəsi, Adnan Hacızadənin təhsil aldığı Riçmond universitetinin məzunları iştirak ediblər.

Azərbaycan səfirliyi məsələ ilə bağlı mövqeyini ifadə etməyib, amma səfirliyin əməkdaşları pəncərələrdən aksiyanı gizli olaraq lentə alıblar.
AZAD-ın həmtəsisçilərindən biri Elmar Şahtaxtinski bəyanatı oxuduqdan sonra Azərbaycan səfirliyinin nümayəndələrinə təqdim edib.

«Sərhədsiz Reportyorlar» Beynəlxalq Jurnalist Təşkilatının Vaşinqton nümayəndəsi də Azərbaycan səfirliyi önündə bəyanat oxuyub. Bəyanatda Xarici İşlər Nazirliyinə dəfələrlə göndərilən məktubların cavabsız qalmasından şikayət olunur. Eyni zamanda bəyanatda Emin Milli, Adnan Hacızadə və həbsdə olan digər jurnalistlərin azadlığı tələb olunub. Bəyanatda Azərbaycan hökumətinin söz azadlığı, azad düşüncəyə qarşı apardığı hədə-qorxu siyasətinə də son qoyulması tələbi də səsləndirilib.

AZAD-ın Vaşinqtonda keçirdiyi aksiyada da eşşək korrupsiya simvolu olaraq göstərilib. “41 minə eşşək?” “Emin və Adnanı azad edin, korrupsionerləri həbs edin!” tələbləri əksini tapıb. “Azadlıq üçün siqnal ver” çağırışını da yoldan keçən sürücülər diqqətsiz buraxmayıb, ətrafı siqnal səsləri bürüyüb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: