Articles

Cem Özdəmir gənclərin həbsi barədə bəyanat yayıb

In XNews on İyul 15, 2009 by Araz Önər Etiketlənmiş: , , ,

ozdemirAzərbaycanda gənc bloggerlərin həbsi barədə Almaniya Yaşıllar Partiyasının sədri Cem Özdəmir bəyanat yayıb. Bəyanatda deyilir:

Qafqaz yenə alov içindədir. İyulun 8-də Azərbaycan vətəndaş cəmiyyətinin iki qabaqcıl nümayəndələri yalandan quraşdırılmış səbəblərə görə həbs edilmişdir. Hər iki gənc vətəndaş hüquqları fəalı, illərlə alman siyasi fondları ilə birgə əməkdaşlıqdadırlar. Onlar dünyagörüşlü, patriot və liberaldırlar.

İyulun 8-i, siyasi məsələlərin müzakirəsi üçün, Emin Milli və Adnan Hacizadə Bakıdakı restoranların birində görüşmüşdürlər. Orada gənclərə hücum edilıb, onlar döyülüb həsarət alıblar, sonra isə polis tərəfindən saxlanılıblar. Hər ikisi istintaq bitənə qədər həbsdədirlər və bir-neçə ilə qədər azadlıqdan məhrum oluna bilərlər – onlara hücum edənlər isə əksinə azadlıqdır. Sovet vaxtlarında kimi, Milli və Hacizadə „xuliqanlıq“-da ittihamlanırlar.

Fəalların həbsi Azərbaycanda İlham Əliyevın rəhbərliyi altında demokratiyanın sürətli tənəzzülünün növbəti işarəsidir. 2009-cu il 18 mart tarixində keçirilən referendum, Əliyevin istənilən qədər prezident seçilmək üçün məhdudiyyəti aradan qaldırdı. Bu yaxınlarda, Azərbaycana daxil olmaq üçün viza almaq şərtləri sərtləşdirilmiş və QHT-lərın hüquqları məhdudlaşdırılmışdır.

Emin Milli və Adnan Hacizadənin beynəlxalq dəstəyə ehtiyacları var. Fəallara kömək etmək üçün, Alman höküməti və Avropa Birliyi, Azərbaycan hökümətinə təsirindən istifadə etməlidirlər. Dünən, „Nabukko“ qaz kəmər proyekti haqda sazişə imza atmaqla, Azərbaycan höküməti Avropa enerji təhlükəsizliyinə öz töhvəsini verməyə razılığını bildirdi. Azərbaycan Avropa dövləti olaraq, Avropa Şurasının və Avropa Birliyinin Şərq Əməkdaşlığı proqramının üzvüdür. Nəticə olaraq Azərbaycan höküməti demokratik standartlar və Avropa hüquq normalarına rəftar etmək və bununla Emin Milli və Adnan Hacizadəni azadliqa buraxmaq borcundadır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: