Articles

Yeni hərəkat yarandı

In Yazılar on İyul 12, 2009 by Araz Önər Etiketlənmiş: , , , ,

Hərəkat “Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı” adlanır.

11 iyul saat 12:00-da gənclərin toplantısı keçirilib. Toplantıda müstəqil gənclər təşkilatlarının nümayəndələri, eləcə də ictimai aktiv fəaliyyəti ilə tanınan gənclər iştirak ediblər. Əsas müzakirə mövzusu 10 iyunda məhkəmə qərara ilə həbs olunan Emin Abdullayev (Milli) və Adnan Hacizadənin hüquqlarının müdafiəsini təşkil etmək olub. Bu məqsədlə toplantıda yeni hərəkatın təsis olunmasına qərar verilib. Hərəkat həbs edilmiş iki gəncin hüquqlarının bərpa olunması istiqamətində fəaliyyətlə birlikdə, həm də bu müdafiə prosesinin koordinasiyasını da təşkil etməyi qərarlaşdırıb. “Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı” (GHMH) adlanan yeni qurum bütün gəncləri əhatə edəcək və beləliklə də bütün gənclərə təmsil olunmaq haqqı verəcəkdir. Hərəkat adından danışmaq hüququ heç kimə verilməyəcək. Yalnız fərdi qaydada hər hansı bir nəzərdə tutulan məqsəd istiqamətində addım ata bilər və bu addıma görə hərəkatın heç bir üzvü məsuliyyət daşımayacaqdır. GHMH-yə qoşulan şəxslərin və təşkilatların çoxluğu bu istiqamətdə gənclərin vahid gücünü nümayiş etdirməyə xidmət edəcəkdir. Hərəkatın rəsmi mövqeyi yaradılacaq saytda əks olunacaqdır.

Qoşulmaq istəyənlər aşağıda adları çəkilən şəxslərə müraciət edə bilərlər:
Rəşadət Axundov 050 3892549
Turqut Qəmbər 050 588 58 56
Pərvanə Persiani 050 636 28 77
Ramin Hacılı 050 512 86 38
Nigar Fətəli 050 408 88 04
Vüqar Salamlı 055 749 39 91
Araz Önər 055 686 83 00
İlkin Qəmbər 050 388 50 35
Zaur Əkbər 055 209 03 46
Vəfa Cəfərova 050 547 65 86

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: