Articles

Orxan Nəbiyev – Cənab Eselə müraciət

In Yazılar on İyul 12, 2009 by Araz Önər Etiketlənmiş: , ,

yazar_1232890185.gif“Esel” – alman dilindən tərcümədə “eşşək” deməkdir. Cənab Eseli və onun kimilərini Azərbaycan höküməti 41 min dollara xaricdən aldı. Cənab Esel Azərbaycana ayaq basan kimi, OL Gənclər Hərəkatının yaradıcı qurupu və ANTV-nin heyəti ondan müsahibə götürdülər.

Cənab Esel də öz yaradıcılığını nümayiş etdirərək, yetərincə əsaslandırdı ki, niyə məhz ona və onun kimilərə 41 min dollar ödənilib. Cənab Esel müsahibə zamanı, Azərbaycanda eşşəklər üçün əlverişli şəraitin olduğunu və səfər müddətində yerli eşşəklərlə görüşəcəyini söylədi…

…10 iyulda Adnan Hacızadə və Emin Millinin Səbael Rayon Polis Bölməsində son ifadələri alındı, sonra onları insanların qarşısına çıxartmamaq üçün arxa qapıdan polis maşınına mindirib apardılar… Daha sonra camaat gənclərin aparıldığı Səbail Rayon Məhkəməsinin qarşısında toplaşdı. Onların arasında bir ruh yüksəkliyi hökm sürürdü. Hamı bir idi, plastik torbalara yığılan kökələr və suları insanlar bir biri ilə paylaşır, birgə himn himn oxuyur, bir bütöv kimi nəfəs alırdılar… Hamı qərarın verilməsini gözləyirdi. Əslində rejimin psixologiyasına bələd olan bizlərin hər biri qəlbinin dərinliyində hansı qərarın olacağınl bilirdi. Amma yenə də son ümidi qovmaq istəmirdik… Bacarmırdıq…

Nəhayət qapı açıldı, qərar açıqlandı… Nəfəslər kəsildi, içimizdə qırılan son ümidin sınıq səsləri. Hərə bir küncə çəkildi, emosiyaların gərilməsi, səslər titrədi… Elə həmin titrək səslə ikinci dəfə himni oxundular:

…Cümlə gənclər müştaqdır!

….“Azadlıq” şüarı səsləndi… Nifrət oyandı, güc gəldi…Polislər hərəkətə gəldilər, düzülüb qoruyucu sədd düzəltdilər, hamı elə başa düşdü ki, dostlarımızı, sevimlilərimizi, “ittiham olunanları” – Adnan ilə Emini indi qapıdan çıxaracaqlar. Amma polislər ilkin düzülüşü pozub, sıra vəziyyətini alıb dağılışdılar, sonra məhkəmə binasının ikinci çıxışından xəbər gəldi ki, Adnan və Emin burdan çıxacaqlar, amma ordan yalnız içi boş polis maşını çıxdı. Teatral səhnə, aldadıcı manevrlər, absurd hərəkətlər, əsl yaradıcılıq…

Cənab Esel, siz yəqin ki, Azərbaycanda çox qalacaqsız, çünki, nə qədər ki neft var, siz eşşəklərin burada işləri həmişə yaxşı gedəcək.

Amma bizə neft və eşşəkilk deyil, azadlıq, ədalət lazımdır. Bunlardan imtina etmək yalnız eşşəklərə məxsus xasiyyətdir, insanlara deyil.

Cənab Esel, elə bilməyin ki, bunula da Azərbaycanda gənclərin fəallığı, azadlıq ruhu öləcəkdir. Yox, sizə – vətənimizə qonaq gələn bir avropalı eşşəyə, bir insan kimi, bir gənc kimi üzümü tutub söyləmək istəyirəm, yox! Gənclik oyaqdır, azadlığa dayaqdır!

Bir Cavab to “Orxan Nəbiyev – Cənab Eselə müraciət”

  1. Orxan, sağ OL!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: