Articles

Həbsxanada doğum günü

In Yazılar on İyul 12, 2009 by Araz Önər Etiketlənmiş:

3161_74383351475_8565431475_1792571_2110849_nBu gün Adnan Hacızadənin ad günüdür. O öz 26-cı yaşını həbsxanada qarşılayır. O mənə görə, sənə görə, bizə görə həbs olunub. Onun həbsi siyasi sifarişdir. Hər kəs onun azadlığa çıxması uğrunda mübarizəyə qoşulmalıdır. Hər kəz özündə bu məsuliyyəti hiss etməlidir. Artıq susmaq olmaz. Artıq qatar gedib. Çox təəssüf ki, biz yenə də birləşmək üçün Adnan və Emini qurban verdik. Amma bu qurbanların sayının artmaması üçün həmişə bir qalmalıyıq. Hədəfimiz və məqsədimiz bir olmalıdır. Azərbaycan kimi bir ölkədə hər kəsin vurmağa bir ortaq hədəfi təbii var. Biz bu hədəfi yavaş-yavaş tapırıq. Bu gün gəncləri repressiyalara məruz qoyan bu rejimə qarşı birləşməliyik. Bu gün babalarımızın bizə əmanət qoyduğu bu cümhuriyyətin ayaqda qalması üçün birləşməliyik. Bu gün biz, övladlarımızın gələcəyi uğrunda birləşməliyik. Bu birlik bizə azadlığı bəxş edəcək yeganə vasitədir. Özümüzə şərəfli sabah, övladlarımıza şərəfli tarix buraxmaq üçün…Susma! Susduqca sıra sənə gələcək!

Orda bir yol var uzaqda,
O yol bizim yolumuzdur…
Dönməsək də, varmasaq da,
O yol bizim yolumuzdur…

Buludlar ağlar, dağlardan axar,
Sovrular zindanlarda
Zənciri qırıb, divarı yıxıb,
Qovuşarıq meydanlarda!

Bir Cavab to “Həbsxanada doğum günü”

  1. adnani tebrik edirem. eslinde qeyri adi hecne yoxdur hansi olkede yasadigimizi bilirik. her an her kes hebse hazir olmalidir. amma susmamalidir. hami anlamalidir ki, susmaq hebs olunmamaga teminat vermir.sadece susaraq hebsini bir az gecikdire bilersen.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: