Articles

Həbs barədə qeydlər

In Yazılar on İyul 11, 2009 by Araz Önər Etiketlənmiş: , , , ,

Liberal diktatura

Emin və Adnan həbs olunmamışdan 2 gün əvvəl kafelərin birində Eminlə söhbət edirdik. Emin deyirdi ki, bizdə hələki liberal diktaturadı. 2 gün sonra isə siyasət üstündə danışdığı üçün kafelərin birində döyüldü və üstəlik həbs plundu. Diktatura çox sərt şəkildə özünün digər üzünü göstərdi. Ölkəmizdə siyasət üstündə danışmaq döyülməyə bərabərdir. Bu nə deməkdir? Bu o deməkdir ki, bu ölkənin kafelərində yalnız məişət söhbətləri, filankəsin qızının ombası, oğlunun maşını təsvir olunmalıdır.

Mübarizə

Emin və Adnanın həbsi siyasi sifarişdir. Onlar da siyasi məhbus. Onlar eyni zamanda gənc liderlərdir. Deməli hakimiyyət öz tüfənginin lüləsini artıq gənclərə yönəldib. Bundan nə təəssüflənmək lazımdır, nə də pessimizmə qapılmaq. Bu gün artıq bizə də mübarizə üçün meydan verilir. Bundan lazımınca istifadə etməliyik. Ona görə təkcə hüquqi mübarizəyə yox hər cür mübarizəyə hazır olmalıyıq. Onsuz da bu ölkədə qanun deyilən zad yoxdur. Qanun işləmirsə o demək deyil ki hər şey bitir. Biz qanunu işləməyə məcbur etməliyik. Hərə öz əlindən gələni etməlidir.

Məhkəmə günü

Məhkəmənin qarşısına 100 nəfərə yaxın adam toplaşmışdı. Emin və Adnana dəstək olmaq üçün. Heyf bizdə bu anlarda oxuna biləcək mahnılarımız yoxdur. Əgər bunu oxuyan bir bəstəkar varsa nəzərə alıb bir mahnı bəstələsin. Sözlərini mən yaza bilərəm. Məhkəmədə yalnız Azərbaycanın himni oxundu. Qərarı eşidəndən sonra isə hər kəsin gözü dolmuşdu. Hətta ağlayanlar da var idi. Məhkəmə ədalətsiz keçdi. Qarşı tərəf iştirak etmirdi, həmçinin qapalı idi. Elə bil ki Emin və Adnan terroristdir. Onları məhkəməyə gizli gətirdilər və təcridxanaya da gizli apardılar. Məhkəmənin qarşısına və ətrafına toplaşan polislərdən sadə camaat nə baş verdiyini soruşurdu. Onlarsa cavabında “narkomanları tutublar, indi də məhkəmələri gedir” deyirdilər. Bu şərəfsizlikdir. Məhkəmənin qarşısında “Azadlıq” və “Gənclər oyaqdır, Azadlığa dayaqdır” şüarları səsləndi.

Son söz

Bir daha hər kəsi bu işdə bizlərdən biri olmağa çağırıram. Hər kəs öz əlindən gələni etməlidir. Artıq bıcaq sümüyə dirənib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: