Articles

Gənclərin həbsi barədə nə düşünürlər?

In Yazılar on İyul 11, 2009 by Araz Önər Etiketlənmiş: , , ,

youth

Önər Blog vətəndaşlardan Adnan Hacizadə və Emin Millinin həbsinə münasibət öyrənir.

Öz münasibətini əlavə etmək üçün. Aşağıda “Şərhinizi Daxil Edin” formunu doldur!

Tərlan Əliyev, BDU Tələbəsi – “Bu sifarişlə olunmuş həbsdir. Ümid edirəm ki, 2 aydan sonra məhkəmə düzgün qərar çıxaracaq. Amma yalnız ümid edirəm, inanmıram.”

Araz Önər, Dalğa GH – “Bu həm vəhşilikdir, həm şərəfsizlik! Amma biz qorxmuruq. Bu həbsi sifariş edən qoy düşünsün. Ya bizim hamımızı həbs etdirəcək, ya da Adnan və Emini azadlığa buraxdıracaq! Hər kəsi “Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı”na qoşulmağa çağırıram.”

Aysel Qocayeva, AEGEE Bakı – “Tələbimiz və istəyimiz ictimai sektorun aktiv gənclərinin azadlığıdır. Adnana və Eminə Azadlıq!

Turqut Qəmbər, “OL!” AGH – “Adnanın və Eminin həbsi siyasi sifarişdir. Məqsəd Azərbaycanın aktiv gənc təbəqəsi arasında nüfuzu ilə seçilən iki şəxsin nümunəsində digər gəncləri qorxutmaqdır. Alınmayacaq!

Rəşadət Axundov, “OL!” AGH – ” Hesab edirəm ki, Emin Milli və Adnan Hacızadənin həbsi müxalifət partiyaları, azad media və QHTlərdən sonra növbənin artıq gənclər sektoruna gəldiyinin göstəricisidir. Bu həmçinin hakimiyyətin müstəqil gənclərin fəaliyyətindən, xüsusilə də internet məkanında alternativ informasiya axınından çox narahatçılıq keçirməsinin sübutudur. Ancaq hakimiyyət başa düşməlidir ki, cəmiyyətin ən mübariz təbəqəsi olan gəncləri susdurmaq heç zaman mümkün deyil və onlar həmçinin nəzərə almalıdırlar ki, öz insanına qiymət verməyən sistem gec tez məhvə məhkumdur.

İlkin Məhəmmədli, “Ferrum” rok qrupunun solisti – “Hakimiyyət “xiyar” fəlsəfəsini yeridir və bizi acizliyimizi qəbul etməyə məcbur etmək istəyir.”

İlqar Ağayev – “Əgər biz geri çəkilməsək bəlkə istədiyimiz olar. Hamı aksiyalara qoşulsun”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: