Articles

Leyla Yunusun Ramil Usubova müraciəti – (Tam mətn)

In Yazılar on İyul 9, 2009 by Araz Önər Etiketlənmiş: ,

leylayunus5Daxili İşlər Naziri Cənab Ramil Usubova Sülh və Demokratiya İnstitutunun Direktoru Leyla Yunusdan

Qanuna riayət etmək və vətəndaşların təhlükəsizliyinə zəmanət vermək çağırışı

Cənab nazir!
İyulun 8-də saat 20.00 radələrində «Lebanisit taverna»da idman bədən quruluşuna malik iki gənc «Hakimiyyəti niyə tənqid edirsiniz?» sözləri ilə gənclər hərəkatının fəalları Adnan Hacızadə və Emin Milliyə (Abdullayev) basqın edərək, onlara ağır bədən xəsarətləri yetiriblər.
Basqınçılar Hacızadə və Abdullayevi döyərkən onların yoldaşları Səbail rayon 39-cu polis bölməsinə qaçıblar. Lakin oradan bildiriblər ki, bu, onların ərazisi deyil.Amma sonra hadisə yerinə polis gəlib və basqınçıları və zərərçəkmişləri Səbail rayon polis idarəsinə aparıblar. Məhz idarədə kobud qanun pozuntuları olub:
1. Zərərçəkmişlər Adnan Hacızadə və Emin Abdullayevə tibbi yardım göstərilməyib!!!
2. Polis zərərçəkmişlərin tibbi müayinəsini təşkil etməli və aldıqları zədələri qeydə almalı idi. Bunun əvəzində Səbail rayon polis idarəsində zərərçəkmişlərin yanına həkim buraxmamaq üçün əllərindən gələni ediblər.
3. Müstəntiq Ziya Əliyev qanunazidd hərəkət edərək (!) vəkil İsaxan Aşurovu Adnan Hacızadənin yanına buraxmayıb.
4. Gecə saat üç radələrində zərərçəkmişləri əliqandallı (!) Xətai rayon 37-ci polis bölməsinə göndəriblər.
5. Zərərçəkmişlər hüquqi əsas olmadan, beynəlaxlq hüquq və respublika qanunvericiliyinin kobud şəkildə pozulması ilə saxlanılıblar.
İyulun 9-na keçən gecə saat 01.40-dan 02.50-yədək mən (telefonla) – DİN növbətçi hissələrin idarə xidmətinə (tel. 590-94-31) müraciət etmişəm. Növbətçi Malik Yusifov Səbail rayon polis idarəsində çoxsaylı qanun pozuntularına son qoymaqda yardım etmək xahişimə cavabda bildirib ki, bu məsələ onların səlahiyyətində deyil.- DİN-in «qaynar xətt» (tel. 102) növbətçisi kapitan Samir Qrbanov polis vəzifəsinin icrasına tam etinasızlıq göstərərək, faktiki olaraq, polis müstəntiqi tərəfindən qanun və insan hüquqlarının pozulması haqda müraciətimə məhəl qoymayıb.
Polis basqınçıları himayə etməsəydi, Səbail rayon polis idarəsində qanunvericiliyin, o cümlədən «Polis haqqında» qanunun yuxarıda sadalanan normaları pozulmasaydı, gənclər hərəkatı fəallarına basqını sadə xuliqanlıq faktı hesab etmək olardı.
Cənab nazir, son söz Sizindir. Basqınçıların cinayət məsuliyyətinə cəlb edilməsi, qanunu pozan polislərin cəzalandırılması və banditlər tərəfindən döyülmüş Adnan Hacızadə və Emin Abdullayevin dərhal azad edilməsi prezident İlham Əliyevin qanunun keşiyində duran polis haqqında tezisini təsdiq edə bilər.

Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun Direktoru
9 iyul 2009

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: