Articles

Deputatxananın fəziləti

In Yazılar on İyun 15, 2009 by Araz Önər Etiketlənmiş: , ,

dsc00878Hər gün televiziyalarımız Ermənistandakı aksiyaları, mitinqləri elə həvəslə göstərirlər ki, adamın lap meydana qaçmağı gəlir.

“Parni iz Baku”-nun 96-97-ci illərdəki tamaşalarına yəqin baxmısınız. Əgər baxmısınızsa orada Milli Məclislə bağlı maraqlı tamaşa var. Tamaşada Milli Məclis pişiyi “piş-piş”, yoxsa “kıs-kıs” çağırılmasını müzakirə edir. Hər ağızdan bir söz çıxır amma bir nəticəyə gələ bilmirlər.
Bizim parlament də artıq doğurdan da bu vəziyyətə gəlib. İyunun 19-da müzakirəyə çıxarılacaq məsələlər bunu bir daha sübut edir. Elə bil hər həftə orduda dedovşina faktlarının baş alıb getdiyi, təhsil mafiozlarının tələbələri çapıb taladığı, demokratik dəyərlərin alt-üst olduğu ölkə bizim ölkəmiz deyil. Hər gün televiziyalarımız Ermənistandakı aksiyaları, mitinqləri elə həvəslə göstərirlər ki, adamın lap meydana qaçmağı gəlir. Amma ki, televiziyalarımız o sujetləri elə tərzdə göstərirlər ki, adam elə gəlir Azərbaycanda hər şey əladı, Ermənistan uçuruma gedir.  Nəisə mövzu bu deyil…Bizim parlament məsəlçün yeni qanunu qəbul etməyə hazırlaşır. QHT-lər haqqında qanundan xəbəriniz var. Amma bir qanun daha var ki, bu lap dəhşətlidir: ” Dövlətə tövhə vermiş insanların adları onun qohumlarının və ya özünün icazəsi olmadan mətbuatda çəkilə bilməz.” Pahoo. İndi belə çıxır ki, İlham Əliyevin perspektivindən, uğurlu daxili və xarici siyasətindən yazı yazası olsam, yazıda adını çəkmək üçün ondan icazə almalıyam. İndi jurnalistlər dəqiqədən bir prezidentimizi narahat edəcəklər. Adam işini görür, Qarabağı qaytarmağa çalışır, gecə gündüz rüşvətə qarşı mübarizə aparır, sizsə burda prezidentə daha çox iş yükləmək üçün qanun qəbul edirsiniz. Gör nə azad parlamentimiz var! Məncə prezidentimiz bu qanuna veto qoymalıdır. Parlamenti bu qədər öz başına buraxmaq olmaz. “Qoyunu yiyəsiz buraxarsan böyüyüb keçi olar”, ya da belə bir şey.

Naxcivan Milli Məclisi isə bizimkindən dəli🙂. Təzə qanuna görə yas yerlərində banan yemək olmaz, həyətdə təndir saxlamaq olmaz (Vasif Talıbovun yeni pekarnısı var).

İndi baxın görün hansı ölkədə yaşayırıq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: