Articles

"Alma"da müharibə

In Yazılar on İyun 15, 2009 by Araz Önər Etiketlənmiş: , ,

Almanı Meyxana şousuna çevirməyin.

Alma qəzetinin dünənki sayını bu gün aldım. Və mat qaldım. Almada əsl müharibə gedirdi. Müharibənin məzmununa nəzər salsaq görərdik ki, Almaçıların AYO-çularla razborkası düşüb və hər iki tərəf özlərinə xas olan formada razborkanı çürüdürlər. Bir tərəf Adyazar adlı saytda, digər tərəf isə Almada. Sözün düzü mənə bu dava heç maraqlı deyil. Həm də hesab edirəm ki, heç bir oxucuya bunları oxumaq xoş olmaz. Ölkədə problem bitib qalıb AYOçularla Almaçıların,Dalğaçıların problemini həll etmək.

Sözün düzü bu həftə Almadan bunu gözləmirdim. Məsələn iyunun 19-da müzakirəyə çıxarılacaq qanun layihəsi barədə heç olmasa bir araşdırma və ya müəllif yazısı gözləyirdim . Mənə Enn Dersinin elçi getməsi heç maraqlı deyil. Mənə QHT nümayəndələrinin yeni qanun layihəsi haqqında fikirləri daha maraqlı olardı. Və ya xarici təşkilatların nümayəndələrinin şərhləri. Nəisə…

Almaçılardan çox xahiş edirəm. Almanı Meyxana şousuna çevirməyin. Belə getsə Alma birazdan AYO-nun və ALMA-nın sms nömrələrini efirə buraxacaq. Oxucuları da səsverməyə çağıracaq. Buna yol verməmək üçünsə daha dəyərli şeyləri oxucuya təqdim etmək lazımdır. Daha Qan Turalının Dalğayla olan problemini yox.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: