Articles

Transfer xəbərləri

In İdman on İyun 13, 2009 by Araz Önər Etiketlənmiş: , , , ,

HANSI KOMANDA KİMİ TRANSFER ETDİ

Real Madrid Florentio Perezin başçılığı altında transferdə ilk addımını atdı. İspaniyanın ən titullu komandası Milanin braziliyalı ulduzu Kakayla anlaşaraq transfer sezonuna ilk damğanı vurdu. Bu transfer üçün Milan klubna 65 milyon euro ödəyən Real, braziliyalı futbolçuya illik 9 milyon euro verəcək.

Kakanın transferindən sonra İspaniya futbolsevərləri digər ulduzun transferini gözləməyə başladılar. Bu dəfə söhbət Realdan yox Barcelonadan gedir. İnterin prezidenti Moratti və Barcelonanın prezidenti Laporta Ibrahimovicin transferini bitirmək üzrədilər. Ibrahimovicin transferi Barcelonaya, Eto+30 milyon euroya başa gələcək.
Avropa transfer bazarında ən diqqət çəkən xəbərlərdən biri də Verder Bremenin braziliyalı oyunçusu Diegonun Juventusa keçidi oldu. Alman komandası Diegonun transferindən 25 milyon euro əldə etdi.  Braziliyalı futbolçuya illik 4 milyon euro ödəyəcək olan Juve, bundan başqa Real Madridin italyan müdafiəçisi Cannavaronu da aldı. Manchester Unitedin ulduzu Cristiano Ronaldo üçün kluba astronomik məbləğ təklif edən Real Madrid isə bu yaxınlarda bu transferi də gerçəkləşdirə bilər.

Hollandiyalı baş məşqçi Frank Rijkaardı transfer edən Galatasaray, qapıçı De Sanctislə yollarını ayırandan sonra qapıçı axtarışındaydı. Klub istədiyini tapdı və Atletico Madridin ispaniyalı qapıçısı Leo Franco ilə 2 illik müqavilə imzaladı. Bundan başqa klubun transfer listində Barcelonanın islandiyalı futbolçusu Gudjohnsen, Real Madridin hücumçusu Van Nistelrooy, West Hamlı Lucas Neil, Khizanishvili və Matmour var. Galatasaray yerli transferlərdən Bursasporlu Mustafa Sarpı heyətinə cəlb etdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: