Articles

QHT-lər haqqında qanun

In Yazılar on İyun 13, 2009 by Araz Önər Etiketlənmiş: , ,

Milli dəyərlərə zidd olan QHT-lərin fəaliyyəti dayandırılır.

Bildiyiniz kimi iyunun 19-u QHT-lər haqqında qanun parlamentdə müzakirə olunacaq. Qanun QHT-lərin fəaliyyətini məhdudlaşdırma istiqamətində atılıb. Məsələn qanuna görə hər hansı bir qeydiyyatdan keçməmiş QHT-nin fəaliyyəti qadağan olunacaq. Bizdə hərəkatların qeydiyyat formatı ilə bağlı bir zad olmadığından Dalğa, OL! kimi hərəkatlar ya ictimai birlik kimi qeydiyyatdan keçməli olacaqlar, ya da buraxılacaqlar. Qanunda digər maraqlı məqamsa odur ki, MTN hər yaranmış QHT-nin fəaliyyətini araşdıracaq. Əgər bu QHT-nin fəaliyyətində milli-mənəvi dəyərlərə ziddi hər hansı bir əmma varsa, həmən QHT ləğv olunacaq. Digər düşündürücü məqam isə qrantların yarısını QHT şurasından yarısını isə xarici fondlardan almağın məcburiliyidir.

Əli Həsənov isə deyir ki, narahat olmağa dəyməz:

“Qeyri-hökumət təşkilatlarının (QHT) narahatlığını anlaya bilmirəm. Mövcud QHT-lər üçün bu qanun heç bir problem yaratmır. Həmin QHT-lər qeydiyyatdan keçiblər və fəaliyyət göstərirlər”.
Bu fikirləri Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov səsləndirib.
“QHT-lər haqqında” yeni qanun layihəsi ilə bağlı xarici QHT-lərin fəaliyyətində bəzi narahatlıqların olması məsləsinə münasibət bildirən Ə.Həsənovun sözlərinə görə, QHT-lər haqqında yeni qanunvericiliyə müvafiq olaraq onlar strukturlaşmış şəkildə işlərini davam etdirirlər.

Yeni yaranan QHT-lərlə bağlı həmin qanunun heç bir problem yaratmadığını deyən Adminstrasiya rəsmisi qanunda beynəlxalq standartlara uyğunluq və dövlətlərarası münasibətlərin gücləndirilməsi məsələlərinin də olduğunu söyləyib.

“Əvvəllər Azərbaycanda xarici QHT-lər istədiyi şəkildə fəaliyyət göstərə bilirdisə, indi amma bu ölkə ilə Azərbaycan arasında müqaviləyə müavfiq fəliyyət göstərəcəklər. Bu da normal haldır və müasir dünya standartlarına cavab verir. Lakin ortadakı narahatçılığı mən anlamıram. Konkret olaraq kiminsə bu məslə ilə bağlı narahatçılığı varsa, onun ətrafında biz söhbət apara bilərik”, – deyə Ə.Həsənov əlavə edib. // SİA

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: