Articles

Ateizm barədə növbəti qeyd

In XNews on İyun 13, 2009 by Araz Önər Etiketlənmiş:

atheism-motivation“Çünki bu inancsızlığın səbəbi nə olursa olsun, istər dəlil çatışmazlığı, istər Tanrı anlayışının mənasızlığı və ya absurdluğu, istəsə Tanrı anlayışıyla heç qarşılaşmamış olmaq olsun, hamısının ortaq nöqtəsi insanda Tanrı inancının var olmamasıdır.”

Ateizm, Tanrı anlayışının rəddidir. Tanrı ideyasına əsaslanan “Teist” dünya görüşünü qəbul etməmək deməkdir. Yəni “Tanrıya inanmamaq”, ya da “Tanrı anlayışının yoxluğu” mənasına gəlir.

Ateizm Tanrının “var olmadığına inanmaq” deyil, Tanrının “var olduğuna inanmamaq” deməkdir. Bu nöqtəyə diqqət edin. Çünki bu iki qavram arasında böyük bir fərq var. Ateizm bir inanc sistemi deyil. Ateizm yalnız, bəlli bir anlayışın yoxluğu deməkdir.

· Ateizmin hansı növləri var?

George H. Smith-in sinifləndirməsinə görə Ateizmin iki növü vardır. Negativ Ateizm və Pozitiv Ateizm. Negativ Ateizm Tanrının var olmasını prinsipcə mümkün görməklə bərabər, var olduğuna dair heç bir sübütun və dəlilin olmadığı gərəkçəsiylə Tanrı anlayışını rədd edir.

Pozitiv Ateizm isə, Tanrının varlığını mümkün görmür. Tanrının var olmasını absurd hesab edir.

Yəni negativ ateizmdə bir iddia yoxdur, sadəcə bir rədd var. Pozitif ateizmdə isə həm rədd, həm də iddia var. Asan dildə desək, Negativ ateizmin fikrincə, Tanrı var ola bilər amma var olmasını sübut edəcək yetərli sayda dəlil olmadığı üçün bu iddia qəbul olunmur. Pozitiv ateizmin yanaşması isə, “Tanrının var olması mümkün deyil” şəklindədir.

İkisi də nəticədə Tanrı anlayışını rədd etmək nöqtəsində birləşdiyindən, ateizm təyin olunarkən ikisinin ortaq nöqtəsi olan “Tanrıya olan inancsızlıq” ifadəsi istifadə edilir. Çünki bu inancsızlığın səbəbi nə olursa olsun, istər dəlil çatışmazlığı, istər Tanrı anlayışının mənasızlığı və ya absurdluğu, istəsə Tanrı anlayışıyla heç qarşılaşmamış olmaq olsun, hamısının ortaq nöqtəsi insanda Tanrı inancının var olmamasıdır.

Bir də Ateizmdən fərqli olaraq, inancsızlığın digər növləri var. Bunlar aqnostisizm, deizm, panteizmdir.


Agnostisizm:

Tanrının nə var olduğuna nə də yox olduğuna inanmaq üçün kifayət qədər dəlil olmadığını, bu səbəbdən bu mövzuda bir qərar verilə bilməyəcəyini açıqlayan inanc sistemidir. Lakin agnostisizmin “teist agnostisizm” və “ateist agnostisizm” olaraq ikiyə ayrıla biləcəyini söyləyən mütəxəssislər də vardır. Bu mütəxəssislərə görə, teist aqnostiklər Tanrıya inanmaq üçün kifayət qədər dəlil olmadığını qəbul etməklə birlikdə yenə də Tanrıya inanmağı seçərkən, ateist aqnostiklər Tanrıya inanmamağı seçər. Bu şəkliylə ateist agnostisizm “zəif” ateizm halına çevrilir.


Deizm:

Deizm, kainatın bir yaradıcısı olduğunu qəbul etməklə birlikdə, dinlərin ilahi olduğunu qəbul etməz. Deizmin dünyagörüşünə görə, Tanrı başlanğıcda kainatı yaratmış və sonra gedişinə qarışmamışdır. Dinlər ilahi deyil, insan əməyidir.


Panteizm :

Bir də panteizm deyilən bir düşüncə vardır ki, içində Tanrı adı verilən bir anlayış ehtiva etməklə birlikdə, daha çox dindənkənar bir dünyagörüşü olduğu deyilə bilər. Panteizmə görə, Tanrı kainatın “bütün”üdür. Mövcud olan hər şey Tanrının bir parçasıdır. Bu düşüncə, Tanrını fövqəltəbii bir metafizik anlayış olmaqdan çıxarıb, təbiətin içinə soxaraq dinlərdəki tipik “Adam Tanrı” anlayışından uzaqlaşmaqdadır.


· Ateizm kainatı yozmağa çalışan fəlsəfi axındır?

Ateizm dünyanı açıqlama iddiasında olan bir dünya görüşü ya da bir fəlsəfi axın deyil. Ateistlər dünyanın açıqlaması ilə əlaqədar mövzularda bir-birlərindən fərqli görüşlərə, fikirlərə sahib ola bilərlər. Bir tibet rahibi, bir marksist, bir universitet professoru və ya dünyadakı çox sirri yadplanetlilərlə açıqlayan “yeni çağ” inanc sistemlərindən birinə mənsub bir adam dünyanın şərhi ilə əlaqədar bir çox nöqtədə bir-birlərindən çox fərqli, hətta bəlkə bir-birinə çox zidd düşüncələrə sahib ola bilər, bunun əksinə “ateizm” nöqtəsində isə birləşə bilərlər. Bu səbəbdən ateizmin ortaq bir dünya şərhi, dəyərlər sistemi ya da əxlaq fəlsəfəsi yoxdur. Ateistlərin Tanrı mövzusu xaric digər fəlsəfi mövzulara bağlı ortaq bir dünya görüşü olmaq məcburiyyətində deyil.

Lakin ateistlərin böyük əksəriyyəti elmi/materialist dünya görüşünə sahib olan kəslərdir və dünya və kainat şərhləri mövzusunda müasir elmin tapıntılarını istifadə edirlər. Bu səbəbdən təməl fəlsəfi suallara elmin cavab verə bildiyi ölçüdə cavab verirlər. Başqa bir ifadəylə, ateistlər kainatın mənşəyi, canlıların ortaya çıxışı, həyatın mənası kimi təməl fəlsəfi mövzularda verilməsi lazım olan cavabları elmə həvalə etmişlər.

· Niyə insanlar Ateist olur?

Ateist olmaq üçün müxtəlif səbəblər ola bilər. Ateizm Tanrıya olan inancın yoxluğu demək olduğundan, Tanrı anlayışıyla qarşılaşmamış olmaq belə nəzəri olaraq ateist olaraq xarakterizə edilmək üçün bir səbəb ola bilər. Lakin özlərini ateist olaraq xarakterizə edən insanlar ümumiyyətlə bu mövzuda baş yorub araşdırma etmiş və şüurlu bir şəkildə Tanrı anlayışına inanmamağı seçmiş kəslərdir.

Dünyaya qızğın olduğu üçün və ya Tanrıya nifrət etdiyi üçün ateist olmaq isə deyilənin əksinə çox ateist üçün etibarlı deyil. Bu cür səbəblər Tanrı mövzusunda baş yorub araşdırma etmək üçün bir motivasiya qaynağı ola bilərkən, iddia edilənin əksinə, Tanrı anlayışının rəddi üçün istifadə edilən səbəblər deyildirlər. Necə ki bir ateist dinin dünyaya zərər verdiyini düşündüyü üçün ətrafındakı din fiqurlarından və dini düşüncəni təmsil edən anlayış və kəsləri sevməyə bilər. Lakin bir insan varlığına inanmadığı bir şeyə nifrət edə bilməz.

Mövzuyla əlaqədar oxunması lazım olan bir yazı : Bir ateistin ən böyük məsuliyyəti (yazar: BilgehanBengi)

·Ateizm əxlaqdir?

Yaxşı və pisi ayırd edə bilmək üçün Tanrı inancının lazımlı olduğu fikri də ateistlərə görə uğursuz bir ön mühakimədir. Yaxşı və pisin təsbitində dinlər və Tanrı fikri xaricində hər hansı bir prinsipə söykənən hər əxlaq fəlsəfəsi “ateist” qəbul edilə bilər (deistik olmayan mənasında) və bu cür bir çox nümunə var.

Hətta deizmin dünyada ümumiyyətlə ateizmdən daha çox əxlaqsızlığa səbəb olur fikri ateistlər arasında məşhurdur.

Bir Cavab to “Ateizm barədə növbəti qeyd”

  1. Salam ALeykum,Ateist dusuncesi odur ki,onlar serbest yasamaq ve istedikleri cinayeti toredib kiminse onlardan hesab sorusmamasini isteyen insanlardir,Ozleride ALLahin varligini bilirler,cunki olmayan bir sey inkar edile bilmez axi,ALLAH varki onu inkar edirler,Oda ki eger ALLAHin varligini qebul etseler,PEYGAMBERI MUHAMMED(SAS) ve QURANI KERIMIde QEbul edeler gerek,Oda ele bir hissdir ki SEYTAN icaze vermir kiminse boyukluyun qebul edesen,cunki ALLAH onlarin qelblerini baglayib,ozleri isteyib deye bagayibdir
    Yaziqdilar QURANI KERIMIN kecmisden ve gelecekden xeber verdiyini gormurlermi,Bunu o kitaba kim yaza bilerki,Inceliyine kimi,ANanin betnini kim gore bilerdi o zaman,ebetde onu yaradan ALLAH,denizlerin kesfini kim yaza bilerdiki elbetde yaradan ALLAH,Dunyanin yumru oldugunu kim yaza bilerdi ki elbetde yaradan ALLAH,dunyaya enen su ve yerden qalxan su buxarlarinin beraber oldugunu kim yaza bilerdi ki QURANI KERIMDE elbetde yaradan ALLAH.Yaziqlar Darvinizm puc oldu getdi,Ateizmde gedecek,cunki ALLAH QURANDA DEYIR KAFIRLER ISTESEDE ISTEMESEDE NURUMU TAMAMLAYACAM<<<HZ MUHAMMED(SAS) GELEN ISLAM DINI SOYUNDAN OLAN 12 ci IMAM HZ MEHDI(AF) ILE SON BULACAK<DUNYA ISLAMLASACAQ istesenizde istemesenizde ALLAH SOZ VERIB<O VEDINE IXTILAF CIXMAZ<sizsini yalancilar,Insanari yoldan azdiranlar,ALLAH BIZI OZ YOLUNDAN GEDENLERDEN ELESIN INSALLAH AMIN

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: