Articles

"Dalğa" "AEGEE"-ni darmadağın etdi

In İdman on May 17, 2009 by Araz Önər Etiketlənmiş: ,

logoDalğa:8-2: AEGEE Bakı
“OL!”:4-5: NISA

Bu gün ADR futzal turniri çərçivəsində Dalğa ilə AEGEE Bakı qarşı qarşıya gəldi. Oyundan əvvəl hər iki tərəfin nümayəndələri udmaq üçün meydana çıxacaqlarını söyləmişdi. Amma belə olmadı. Oyun ilk başdan sakit başlasa da, sonradan komandalar sürəti artırdılar. İlk hissə 4-0 Dalğanın xeyrinə başa çatdı. İkinci hissədə AEGEE komandasının hücumları nəticə verdi və AEGEE-çilər hesab arasındakı fərqi azaltdılar. Lakin Dalğa bunun da cavabını verdi və AEGEE-nin qapısına daha 4 qol vurdu. AEGEE bu qollardan yalnız birinin əvəzini çıxa bildi və nəticədə hesab 8-2 hesabı ilə Dalğanın xeyrinə başa çatdı.

Günün digər qarşılaşması isə “OL!” və “NISA” komandaları arasında baş tutdu. Oyunun ilk hissəsi bərabər səviyyədə keçdi; 2-2. Oyunun ikinci hissəsində komandalar daha açıq oyun oynamağa başladılar və nəticədə müdafiəsində boşluq yaranan NISA qapısından qol buraxdı; 3-2. Lakin NISAçılar bununla təslim olmadılar. Onlar OLçuların qapısından 3 cavabsız top keçirdilər. OLçular isə bu qollardan yalnız birinin əvəzini çıxa bildilər. Nəticədə hesab 4-5 NİSA komandasının xeyrinə başa çatdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: